Naxçıvanın Xarici Kəşfiyyat Xidməti yaradıldı
21 Yanvar 2016 22:49 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Ali Məclisinin sədri Vasif Talıbov bu gün fərman verib.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Xarici Kəşfiyyat Xidməti yaradılıb və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.