Neftin qiyməti artmaqda davam edir

21 Yanvar 2016 23:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Oxu.Az hərracların son nəticəsinə istinadən məlumat verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin mart fyuçeslərinin qiyməti 4,85% bahalaşaraq bir barelə görə 29,16 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,09% artaraq 29,51 dollar təşkil edib.