Daha bir şagird özünü asdı

5 Noyabr 2012 07:18 (UTC+04:00)
Noyabrın 4-də Şəmkir rayonunda intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Mahmudlu kəndində 1995-ci il təvəllüdlü Verdiyev Kamandar Elmdar oğlu özünü asıb.

17 yaşlı oğlanın asılı vəziyyətdə qalmış meyiti yaşadığı evin həyətindəki tut ağacında aşkarlanıb. Məlumata görə, K.Verdiyev orta məktəbin 11-ci sinif şagirdi olub. Faktla əlaqədar cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.

AzNews.az