Balakəndə yanğın baş verdi

22 Yanvar 2016 09:17 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 2,5 ton ot bağlamasının 1,5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.