Arvad ərini bıçaqladı - Hər iki ayağından

22 Yanvar 2016 10:00 (UTC+04:00)

Hadisə Sabunçu rayonunda baş verib. Maştağa qəsəbəsi, Albalılıq massivi yeni tikilidə yaşayan 1983-cü il təvəllüdlü Gülnaz Həsənova bir neçə gün öncə ailə məişət münaqişəsi zəminində əri Təhməz Əhədova bıçaqla hər iki ayağından zərbə vurub. T.Əhədov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib. Araşdırma aparılır.

Qafqazinfo.az