Nüşabə Ələsgərlinin bacısının ölüm - Səbəbi (Yenilənib)

22 Yanvar 2016 13:04 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında müğənni Nazənin bildirib. Onun sözlərinə görə, mərhum iki ildən çox imiş ki, bu xəstəlikdən əziyyət çəkirmiş: "Nüşabə onu müalicəsi ilə əlaqədar İrana, Türkiyəyə apardı. Amma xeyri olmadı. Başı bacısına qarışdı, yazığın anası da yadından çıxdı. Gözləmədiyi anda anası dünyasını dəyişdi. Elə onun ardıca da bacısı, özü də 50 yaşında. Nüşabənin başı nələr çəkmədi ki..."

Nazənin onu da əlavə edib ki, Afaq ailəli olub və 12-13 yaşlarında iki oğlu var imiş.

***
10:54


Əməkdar artist Nüşabə Ələsgərliyə daha bir itki üz verib.

AzNews.az xəbər verir ki, sənətçinin bacısı dünyasını dəyişib. O, bu barədə sosial şəbəkədə məlumat verib. Müğənni dünyasını dəyişən bacısının fotosunu paylaşıb, altından isə bunları yazıb: "Gözəl bacım, əlvida. Anamıza, atamıza salam de"

Qeyd edək ki, N.Ələsgərli bu yaxınlarda anasını da itirmişdi. Müğənninin anası 2015-ci ilin noyabr ayında dünyasını dəyişmişdi.



Bahar RÜSTƏMLİ
AzNews.az