Türkiyədə daha bir məktəbə bomba atıldı – 5 uşaq yaralandı

22 Yanvar 2016 12:02 (UTC+04:00)


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Bağlar mahalındakı Nuriyyə Əsər ibtidai təhsil məktəbinin bağçasına bomba atılıb. Məktəbin bağçasına atılan əl istehsalı olan bombanın partlaması nəticəsində 5 uşaq yaralanıb. Yaralı uşaqlar Diyarbəkir Dövlət Xəstəxanasına aparılıb. Hələ ki, hadisəni heç bir terror qruplaşması üzərinə götürməyib.

Qeyd edək ki, bir müddət əvvəl də Türkiyədə məktəblərindən birinə bomba atılmışdı. Nəticədə 1 nəfər həyatını itirmişdi.

Sevinc YASİNQIZI