Tünzalə özünü Röyaya oxşadır? – İzləyicilərindən irad + Foto

22 Yanvar 2016 12:56 (UTC+04:00)

İzləyicilərin bəziləri Tünzaləni özünü həmkarı Röya Ayxana bənzətməkdə ittiham edib. Bəziləri isə sanki "hamamdan" çıxıb deyə irad bildirib.

Müğənninin köməkçisi Yalçın Cabbarov AzNews.az-a açıqlama verərək, şəkil ətrafında yaranmış qalmaqala aydınlıq gətirib. Bildirib ki, T.Ağayeva bu şəkilləri estetik klinikaların birində çəkdirib: "Estetik klinikada olan bir geyimdir. Hamı kimi Tünzalə də onu geyinib. Şəkili də özümüz paylaşmışıq".

T.Ağayevanın Röya Ayxana bənzədilməsinə gəlincə, Y.Cabbarov hər iki müğənninin bir-birinə oxşamasını təsdiqləyib: "Onları həmişə bir-birinə bənzədirlər".



AzNews.az