Erməni dilində yeni proqram

5 Noyabr 2012 07:34 (UTC+04:00)


Türkiyədə fəaliyyət göstərən "Açık" radiosu yeni sezondan etibarən ermənilər üçün verilişin yayımına başlayacaq. "Açıq jurnal" adlanan proqramın aparıcıları Etvard və Paylin Tovmisyandır.

Verilişdə erməni ədəbiyyatından nümunələrə yer veriləcək. Nümunələr 1912-ci ildə yazılan "Erməni ədəbiyyatından seçmələr" kitabından götürüləcək.

Elnarə Əlosmanqızı
AzNews.az