Çində avtobus qəzası – 7 ölü, 18 yaralı

22 Yanvar 2016 15:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər qəza yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Bundan əlavə ümumilikdə 18 nəfər xəsarət alıb. Qəzanın baş verdiyi yolda avtomobillərin hərəkəti bərpa edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aydan AXUNDOVA