Mərkəzi Bank hərraca 200 milyon çıxardı - 98 milyonu satıldı

22 Yanvar 2016 15:25 (UTC+04:00)

Bankdan AzNews.az-a daxil olan məlumatda bildirilir ki, hərracda 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz nisbətində təmin olunub.