Eldar Sabiroğlunun oğlu sərbəst buraxıldı

22 Yanvar 2016 15:45 (UTC+04:00)
Bu barədə onun atası Eldar Sabiroğlu məlumat verib.

E.Sabiroğlu bildirib ki, onlar tərəfindən Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verilib:

"Təxminən 1 saat əvvəl Binəqədi rayon məhkəməsind bizim vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə vəsatət təmin olundu və Rüfət ev dustaqlığına buraxıldı".

Qeyd edək ki, sabiq prokuror rüşvət almaqda ittiham olunur.

Qafqazinfo.az