Tacikistanda çarşabını açmayan qadınlara - Fahişə damğası

22 Yanvar 2016 16:21 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tacikistan hökuməti bu addımı radikal islamçılarla mübarizə çərçivəsində atıb.

Tacikistan rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, polis ölkəni xarici təsirlərdən qorumaq tədbirləri adı altında son 1 həftə ərzində saqqalı çox uzun olan kişiləri "təraş edib".

Bundan əlavə, hökümət 700 qadının da hicabını açdırıb. Polis qadınların hicablarını çıxarmağa razı saldıqdan sonra qara çarşab geyən 89 qadını fahişəlikdə ittiham edərək həbs edib.

Həmçinin qara çarşab satan 169 mağaza da bağlanıb.

Qeyd edək ki, Tacik parlamenti keçən həftə yeni doğulan uşaqlara ərəb mənşəli ad verilməsini qadağan etmişdi. Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə 2015-ci ilin sentyabr ayında tək islamçı siyasi partiya də bağlanılıb. 1994-ci ildən bəri iqtidarda olan prezidentin vəzifə müddətinin 2020-ci ildə sona çatması gözlənilir.

Sevinc YASİNQIZI