Rusiyadan Ermənistana iqtisadi zərbə - İdxala qadağa

22 Yanvar 2016 16:35 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq qadağa dabaq xəstəliyinə dair qeyri-stabil epizootik vəziyyət və RF ərazisində bu xəstəliyə yoluxma riskinin yüksək olması ilə bağlıdır.

Xüsusilə, donuz, öküz, camış, qoyun və dağ keçisi də daxil olmaqla dabağa qarşı həssas olan heyvanların, bu heyvanların ət və ət məsullarının Rusiyaya ixrac edilməsinə və RF ərasinindən tranzit kimi keçirilməsinə qadağa tətbiq olunub. Həmçinin, istilik emalından keçirilməyən süd və süd məsullarının, dabaq xəstəliyinin məhv edilməsinə zəmanət verən texnologiya ilə əldə olunmayan yun və dərinin satışına qadağa qoyulub.

Aydan AXUNDOVA