İranın Avropa bazarına neft çıxaracağı tarix dəqiqləşdi

22 Yanvar 2016 18:11 (UTC+04:00)


"Bloomberght.com" saytının məlumatına görə, İranın dövlət neft şirkəti "National Iranian Oil" gələn ay Avropa bazarına ən azı 1 milyon barrel neft ixrac etməyi planlaşdırır. Bu, qərb ölkələrinin ötən həftə İrana qarşı sanksiyaları ləğv etməsindən sonra bu ölkənin Aİ-yə ixrac etdiyi ilk neft olacaq.

Azərtac