ABŞ quru əməliyyatlarına başlayır - İraq və Suriyada

22 Yanvar 2016 18:45 (UTC+04:00)


"Reuters"in məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib. O bildirib ki, İraq və Suriyada İŞİD-lə mübarizə strategiyası çərçivəsində yerüstü əməliyyatlar da keçiriləcək: "Biz daha çox işlər görmək istəyirik, çünki biz İŞİD-ə qalib gəlməliyik. Mən əminəm ki, buna nail olacağıq, lakin mən prosesi sürətləndirmək istəyirəm".

K. Eşton İŞİD-i İraqın Mosul və Suriyanın Rakka şəhərlərindən çıxarmaq istədiklərini söyləyib.

APA.az