Qubada 20 000 manata “Moskviç” satılır - Fotolar
22 Yanvar 2016 19:05 (UTC+04:00)
Tap.az saytında 1949-cu il istehsalı olan "Moskviç 400" markalı avtomobil 20 000 AZN-ə satışa qoyulub.
İlham adlı şəxsə məxsus maşın zavod detallarıyla yenidən restavrasiya olunub və sənədləri də qaydasındadır.
Satıcı elanda qeyd edib ki, avtomobil Quba şəhərindədir.




Oxu.az