Qadın həkim venasını doğradı - FOTO

22 Yanvar 2016 20:42 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Xaçmazda həyatına qəsd edən insanların əsəblərini müalicə edən, 40 yaşlı, Xaçmaz rayon mərkəzi xəstəxanasının nevropotoloqu Mətanət İlyasovadı.

O, bu gün Xudat şəhərində atasına məxsus evin hamamında venasına kəsici-deşici alətlə xəsarət yetirib. Yaxınları onu Xudat şəhər xəstəxanasına vaxtında apardıqlarından qadının həyatını xilas etmək mümkün olub.

"Xəstə 11:30-da ağır vəziyyətdə gətirilib. Sol bazunun aşağı hissəsinin kəsici-deşici yara və qan axma ilə cərrahiyyə otağina götürülüb, tədbir görülüb", - Xudat şəhər xəstəxanasının cərrahı Məmmədyar Məmmədov bildiridi.

40 yaşlı həkim qadının hansı səbəbdən öz əli ilə öz canına qıymasının səbəblərini Xaçmaz prokurorluğu araşdırır.

Onun yaşadığı Xaçmaz şəhərində ailəsi ilə mübahisəsi olduğu deyilir.