Millimiz Ukraynaya qalib gəldi

22 Yanvar 2016 21:55 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Ukraynanın U-21 yığması ilə qarşılaşan millimiz matçın 49-cu dəqiqəsində qapısında qol görüb. 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Namiq Ələsgərov hesaba tarazlıq gətirib.

88-ci dəqiqədə isə N.Ələsgərov komandamıza qələbə gətirən qolu vurub - 2:1.

Qeyd edək ki, millimiz turnirdə Səudiyyə Ərəbistanı, Albaniya və Bəhreyn yığmaları ilə də qarşlaşacaq.