Ermənilər atəş açdı - Ağdam sakini yaralandı

22 Yanvar 2016 23:31 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Ağdam rayon Güllücə kənd sakini 1958-ci il təvəllüdlü Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının verdiyi məlumata görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.

Hazırda M. Fərəcovun səhhətində heç bir problem yoxdur. O xəstəxanadan evə buraxılıb.