Restoranlarda yeməklərə narkotik qatılırmış - Çində

23 Yanvar 2016 00:07 (UTC+04:00)

AzNews.az-ın atv.az-a istinadən məlumatına görə, yoxlamalar zamanı məlum olub ki, 35 restoranda yeməklərə tiryək qatılırmış. Məqsəd isə müştərilərdə həmin yeməklərə qarşı alışqanlıq yaratmaq və bununla da onları həmin ictimai-iaşə obyektlərinə cəlb etmək olub.

Narkotik vasitələrə əsasən düşbərə, əriştə və digər xörəklərdə rast gəlinib. Bu kimi əməllərə Şanxay da daxil olmaqla bir sıra şəhərlərin restoranlarında yol verilib.

Artıq 5 ictimai-iaşə obyektinin sahiblərinə qarşı ittiham irəli sürülüb. Qalanları barəsində isə istintaq davam edir.

Qeyd edək ki, Çində yeməklərə tiryəkin qatılmasıyla bağlı hallara əvvəllər də rast gəlinib.