ANS-lə bağlı toplantı keçiriləcək - MTRŞ-da

23 Yanvar 2016 11:30 (UTC+04:00)

Məlumatı MTRŞ yayıb.

Qurumdan bildirilib ki, tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq, bu haqda geniş məlumat veriləcək.

Qeyd edək ki, MTRŞ ANS-də yayımlanan və Mirşahin Ağayevin müəllifi olduğu "Hesabat" verilişinin efirə getməsini bir ay müddətinə dayandırıb. Veriliş fevralın 24-dək yayımlana bilməz.

M.Ağayev buna cavab olaraq yanvarın 22-də mətbuat konfransı keçirib və MTRŞ-nı ANS-ə qərəzli yanaşmaqda ittiham edib.

Report.az