XİN-dən özünü güllələyən şəxslə bağlı - Açıqlama

23 Yanvar 2016 12:10 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a açıqlamasında bildirib ki, XİN sistemində Fəxrəddin Əliyev adlı şəxs işləməyib: "Çox təəssüf edirik ki, belə bir məlumat yayılıb. Yalan və böhtandır. Xarici İşlər Nazirliyində belə adam işləməyib".

Qeyd edək ki, yayılan məlumatlara görə, yanvarın 22-də Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib. Bildirilir ki, İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladığı bildirilib.

Bahar Rüstəmli
AzNews.az