Mirşahin xəstəxanaya aparıldı - ANS-dən açıqlama (Yenilənib)

23 Yanvar 2016 12:44 (UTC+04:00)

İlkin məlumata görə, Mirşahin Ağayev işdə özünü pis hiss edib və onu ürək tutması şikayətləri ilə təcili olaraq xəstəxanaya aparılıb.

Xatırladaq ki, son zamanlar ANS və Milli Televiziya və Radio Şurası arasında ciddi qarşıdurma yaranıb. ANS-in vitse-prezidenti bununla bağlı dünən mətbuat konfransı keçirib.

Femida.az

***
12:48


ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Mirşahin Ağayevin xəstəxanaya aparılması ilə bağlı yayılan məlumatları AzNews.az-a təsdiqləyib. O, vitse-prezidentin səhhətinin hazırda yaxşı olduğunu deyib.