Avtobusda cibgirlik edən şəxs tutuldu

23 Yanvar 2016 13:40 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də 202 saylı xətt avtobusunda Bakı şəhər sakini Nizami Quliyevin cibindən 75 manat və sənəd oğurlayan Şərur rayon sakini Orxan Rzayev tutulub.

Ondan 6,13 qram marixuana götürülüb.