Qarabağla bağlı film çəkilib

23 Yanvar 2016 15:35 (UTC+04:00)

Filmlərdə məcburi köçkünlərin Qarabağla bağlı xatirələri, gündəlik yaşam tərzləri yer alır.

Filmlər yanvarın 24-də keçiriləcək təqdimat mərasimində nümayiş olunacaq.

Layihənin əsas məqsədi Qarabağdan didərgin düşmüş, habelə hazırda Ağdam, Tərtər, Füzuli və digər rayonlarda yaşayan vətəndaşlarımızın Qarabağ və gündəlik yaşamları barədə düşüncələrini, müharibənin onlara yaşatdığı iztirabları, ağrı-acıları, Qarabağ həqiqətlərini filmlər vasitəsilə geniş ictimaiyyətə çatdırmaqdır. Layihə çərçivəsində 4 videoçarx hazırlanıb ki, bunlardan 2 film təqdimat mərasimində nümayiş olunacaq.