1 milyon dollarlıq kartof - FOTO

23 Yanvar 2016 22:59 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, şəxsi maraqlarına görə 345 kartofun şəklini çəkən fotoqraf "Kevin Abosch"un fotolarından biri 1 milyon dollara satılıb.

"Petapixel"lin yazdığı məqaləyə görə, fotoqraflardan bu cür fotoları satın alınması 150 min dollara başa gəlir. Əgər çəkilən foto hansısa bir reklam filmində yer alacaqsa, onun qiyməti 500 min dollar qədər qalxa bilər.

Bu fotonun rekord qiymətə satışı isə ötən il onun işlərinə maraq göstərən, kolleksiyaçının fotoqrafın evini ziyarət etməsi ilə gerçəkləşib. 162x162 ölçülərində olan foto üçün kolleksiyaçı "dodaq uçurdan" məbləğ - 1083450 dollar ödəyib.

Bu günə qədər satılan ən bahalı foto Peter Likin "Phantom" adlı işi olub. Onun 6,5 milyon dollara satıldığı bildirilir.


1 milyon dollarlıq kartof


Fotoqraf "Kevin Abosch"


Peter Lik’in "Phantom" adlı işi