Mirşahinin halı pisləşdi - Reanimasiyaya keçirildi (Yenilənib)

24 Yanvar 2016 11:19 (UTC+04:00)

AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu "Hesabat" verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

Elə həmin gün Mirşahin Ağayev mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandıraraq, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi.

Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğb edildiyini açıqlayıb.

***

Mərkəzi Klinik Xəstəxanasından "Qafqazinfo"ya daxil olan məlumata görə, jurnalist artıq evə buraxılıb. Belə ki, Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib.