Erməni əsgər özünü güllələdi

5 Noyabr 2012 09:00 (UTC+04:00)
Noyabrın 5-də saat 00:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi dayaq məntəqəsinin yaxınlığında sıravi əsgər Saakyan Sarkis Seyranoviçin meyiti tapılıb. O, ağız nahiyyəsindən aldığı ölümcül yaralardan dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir. Ermənistan MN-in İstintaq Xidməti faktla bağlı CM-nin 110-cu maddəsinin 1-ci hissəsi üzrə (intihar həddinə çatdırma) cinayət işi qaldırıb, təhqiqat aparılır.

AzNews.az