İçkili polis YPX avtomobilini vurdu

24 Yanvar 2016 16:34 (UTC+04:00)
AzNews.az xəbər verir ki, "Mercedes" markalı avtomobil polis maşınına arxadan çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, "Mercedes"in sürücüsü Fərid adlı polis əməkdaşı (Şabran rayonunda bazarda xidmət aparır – red.) olub və o, içkili olduğu üçün qəza törədib. Qəzanı törədən şəxsin də polis olması hadisənin ört-basdır edilməsinə səbəb olub.

DYP-nin Yol Patrul Xidmətinin əməkdaşları qəza törədən şəxsi avtomobilə dəyən ziyanı aradan qaldırmaq üçün cərimə meydançasına aparıblar və ondan təmir etməsi tələb olunub. Avtomobil cərimə meydançasına aparılıb və təmir üçün usta çağırılıb.

AzNews.az