“Dövlət büdcəsinin gəlir və xərcləri artırılacaq“ - Samir Şərifov

24 Yanvar 2016 22:22 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

Maliyyə nazirin sözlərinə görə, dövlət büdcəsində defisit 1,5 milyar manat proqnozlaşdırılır: "Dövlət büdcəsində defisitin təmin olunmasında əsas mənbə kimi ötən ilin yekunlarına görə qənaət olunmuş 1,4 milyard manat, eləcə də bu il bazara buraxılması nəzərdə tutulan qiymətli kağızlar çıxış edəcək".

Dövlət büdcəsinin proqnozları neftin 1 barelinin qiyməti 25 dollar hesablanmaqla hazırlanıb.