Bakıya təcili eniş edən təyyarənin sərnişini öldü - Yenilənib

25 Yanvar 2016 10:55 (UTC+04:00)

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

London-Mumbay marşrutu üzrə uçan, göyərtəsində 246 sərnişin və 11 ekipaj üzvü olan Boeing Dreamliner (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.

Mətbuat Xidmətindən bildiriblər ki, Böyük Britaniya vətəndaşı olan 72 yaşlı sərnişin hələ təyyarə eniş etməmiş keçinibmiş.

Meyitin təhvil verilməsi məsələsi yaxın saatlarda həll ediləcək.

Mətbuat Xidmətindən qeyd ediblər ki, təyyara Mumbaya səhər saat 07:00-da uçub.

Trend.az

***
10:07

Londondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə Heydər Əliyev adına Hava limanına təcili eniş edib.

Hadisə ötən gün baş verib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişinə təcili tibbi yardım göstərilib.

Qeyd edək ki, "Air İndia"ya məxsus "Aİ 130" tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb.

Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.

APA.az