ABŞ-la İran arasında daha bir qadağa ləğv olunur – Birbaşa aviareys olacaq

25 Yanvar 2016 10:55 (UTC+04:00)
AzNews.az Mehr İran agentliyinə istinadən xəbər verir ki, bu barədə idarənin nümayəndəsi məlumat verib: "İran mülki aviasiya şirkəti ABŞ və İran arasında birbaşa reyslər barədə danışıqlar aparır. İslam inqilabına qədər Nyu-Yorka gündəlik reyslər həyata keçirilirdi. Biz yaxın zamanda bunu bərpa etməyə ümid edirik".

İran nəqliyyat nazirinin müavini Əsgər Fakriye Kaşan bazar günü bildirib ki, İran ABŞ-ın təyyarə istehsalçısı "Boeing"dən 100-dən artıq sərnişin təyyarəsi almaqda maraqlıdır.

Qeyd edək ki, İranın ABŞ-la bir sıra iqtisadi əlaqələrə dair fəal danışıqları ABŞ-ın İrana tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməsindən sonra başlayıb.

Aydan Axundova