“Generalın son əmri” nümayiş olundu

25 Yanvar 2016 11:21 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xalq şairi Vaqif Səmədoğlunun eyni adlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğludur.

Tamaşanın quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.

Bahar RÜSTƏMLİ
AzNews.az