Sabah intensiv qar yağacaq - Yollar buz bağlayacaq

25 Yanvar 2016 12:17 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a bildirilib ki, paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3 şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 26-də Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi rayonlarda intensiv olacağı ehtimal var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.