Alı Alıyev məcburi köçkünlərlə görüşdü - Fotolar

25 Yanvar 2016 12:51 (UTC+04:00)
AzNews.az-ın xəbərinə görə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə bazar günü məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbərində, Alıxanlı və Kürdmahmudlu kəndlərində olub, vətəndaşlarla görüşüb, onlarla söhbət edib, problem və qayğılarını dinləyib. Əvvəlcədən planlaşdırılmayan görüşdə sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların həll olunmasına çalışılıb.

Alı Alıyev aidiyyəti qurumların nümayəndələri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbələrində, Alıxanlı və Kürdmahmudlu kəndlərində topdan və pərakəndə satış mərkəzlərində də olub, alıcı və satıcılarla söhbət edib, ərzaq məhsullarının, çörəyin və unun qiyməti ilə maraqlanıb.

Alı Alıyev dünyada baş verən iqtisadi proseslərin Azərbaycandan da yan keçmədiyini, ona görə də ölkəyə xaricdən idxal olunan bəzi ərzaq və digər məhsulların qiymətlərinin artdığını qeyd edib.