Cəlilabad sakinindən xeyli miqdarda narkotik götürüldü

25 Yanvar 2016 13:40 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Rasim Əliyevdən 7 kiloqram 500 qram tiryək və 3 kiloqram 150 qram marixuana götürülüb.