Müəllimə döydüyü şagirdlə qohum imiş - Videonu valideyn yayıb

25 Yanvar 2016 14:36 (UTC+04:00)


Bunu Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib.

O bildirib ki, hazırda valideyn, müəllim və direktor Təhsil Nazirliyindədir: "Onların izahatları alınır".

A. Nağıyev qeyd edib ki, müəllim və valideyn qohumdurlar: "Çox maraqlıdır ki, videonu da valideyn çəkib".

Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin şagirdi döyməsini əks etdirən video yayılıb. Təhsil Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.

APA.az