Milli Məclisdə əlillərlə bağlı yeni qanun layihəsi hazırlanır

25 Yanvar 2016 17:02 (UTC+04:00)

Bu barədə komitənin sədr müavini Rauf Əliyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində bildirib.

Rauf Əliyev deyib ki, sosial sahələri əhatə edən qanunvericilik bilavasitə əhali ilə onların yaşayışı və əmək fəaliyyətləri ilə əlaqədar olduğundan bu sahədəki mövcud qanunvericilik aktlarına dəyişikliklər digər sahələrə nisbətən daha çox tələb olunur.

Deputat həmçinin hazırlanacaq iki yeni qanun layihəsinin adlarını da açıqlayıb: "2016-cı ildə qanunvericilik prosesi davam edəcək, ehtiyac olduğu zaman mövcud qanunlara əlavələr və dəyişikliklər ediləcək. Eyni zamanda, parlamentin Əmək və sosial siyasət komitəsi tərəfindən "Əlillər və əlillərin reablitasiyası" və "Turizim" haqqında yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub".

Modern.az