Azərbaycan Ordusundan möhtəşəm əməliyyat - “Odundağ” ələ keçirildi

25 Yanvar 2016 19:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq deyiblər: "Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib".

Xatırladaq ki, erməni KİV Azərbaycan silahlı qüvvələri Odundağ dağının sol ətəyində yer işləri həyata keçirməsi ilə bağlı məlumat yayıblar.

Məlumata görə, bu dağın strateji əhəmiyyəti var və Azərbaycan əsgərləri onun təpəsində atəş nöqtəsi yerləşdiriblər.

Yeni dayaq məntəqəsi Baqanis kəndinin mərkəzindən aydın görünür.