“Bu stil mənim”də rüsvayçılıq - “Başqa təkliflər edirlər”

25 Yanvar 2016 19:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün "Qafqazinfo"ya sözügedən proqramla bağlı şok məlumatlar daxil olub. Belə ki, müsabiqənin eks-iştirakçıları redaksiyamızda qonaq olaraq təşkilatçı şirkətin rəhbərləri ilə bağlı sensasion ittihamlar irəli sürüblər.

"Özünün lüt şəkillərini orda-burda paylaşır. Gəlib bizə deyir ki, bu nə geyimdir?"

Ötən həftənin qəhrəmanı sayılan Günel Məmmədova layihəni ərsəyə gətirən "Renk Media"nın rəhbəri Həmid Tuncerin köməkçisi Ümid bəyin ona başqa təkliflər etdiyini bildirib:

"Ümid bəy mənə mesaj yazıb ki, "Sən qısa geyinəndə çox xoşum gəlir. Özümü sənə baxanda saxlaya bilmirəm". Deyir ki, çox "seksi" görünürsən. Mən də ona xəbərdarlıq etdim, belə şeylər yazmasından narahat olduğumu dedim. Ona bildirdim ki, sevgilim var. Mənə pis sözlər yazdı. O, bir neçə qıza da belə yazıb. Biz verilişə gəlmişik, bunlar da başqa təkliflər edirlər. Sponsorlardan birinin rəhbəri mənə dedi ki, səmimi qızsan, verilişdə olmağını istəmirəm. Bildirdi ki, qalibə pul filan verməyəcəklər. Mebel hədiyyə edəcəklər".