Uşağa qulluğa görə müavinət artırıldı - Sərəncam

25 Yanvar 2016 19:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədilə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

"Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləğinin artırılması haqqında" Azərbaycan Prezidentinin 2013-cü il 23 avqust tarixli 3082 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.