Azərbaycan yük avtomobillərinin istehsalını artırıb

25 Yanvar 2016 22:40 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin ötən ilin yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 728 minik avtomobili istehsal edilib ki, bu da 2014-cü ilin göstəricisindən 60,9 faiz azdır.

2015-ci ildə ölkədə 955 traktor istehsal edilib. Bu, 2014-cü ilin göstəricisindən 24,5 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod – Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.