Xəzərdə ev yandı

26 Yanvar 2016 09:11 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan birmərtəbəli 4 otaqlı kürsülü evin döşəmə taxtaları 1 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.