Qarlı havada baş verən qəzalarda - 1 nəfər öldü, 11 nəfər yaralandı

26 Yanvar 2016 10:17 (UTC+04:00)

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, ötən sutka ərzində ölkə yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Şöbə rəisi deyib ki, ölümlə nəticələnən yol qəzası Suraxanı rayonu ərazisində baş verib: "Ölkə ərazisndə hava şəraitinin qarlı və şaxtalı olması səbəbindən yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Hazırda küçə və prospektlərin, həmçinin magistral yolların qardan təmizlənməsi işləri aparılır. Nəqliyyatın hərəkəti bərpa olunub".

Report.az