Sabiq aparat rəhbəri Vidadi Zeynalovun həbs müddəti uzadıldı

26 Yanvar 2016 10:45 (UTC+04:00)

Bu barədə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib.

Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş 3 aylıq həbs qətimkan tədbirinin müddəti yanvarın 26-da başa çatmalı idi. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti fevralın 21-nə qədər uzadılıb.

V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil qeyd edib ki, müvəkkilinin həbs müddətinin uzadılmasından apelyasiya şikayəti vermək fikri yoxdur: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən də heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Trend.az