80000 manatlıq qızıl oğurlayan dəstə üzvləri tutuldu

26 Yanvar 2016 15:49 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sütəmurdov kəndinin poçt məntəqəsindən 67 manat, danışıq kartları, möhür və hesabat qəbzləri, rayon sakinləri İ.Abdullayevə, M.Şükürova və İ.Şükürova məxsus evlərdən içərisində 5000 manat olan seyf, 80000 manat dəyərində qızıl, geyim, məişət əşyaları, "Vinçerter" markalı ov tüfəngi, habelə rayon ərazisində pivə zavodundakı seyfdən 8000 manat oğurlayan, eləcə də Əfqan Şükürova məxsus evdən oğurluğa cəhd göstərən rayon sakinləri Əli Şükürzadə, Qədir Cəfərov, Ruslan Kərimli və Kamran Rəhimov tutulublar.