Bakı sakinindən külli miqdarda narkotik götürüldü

26 Yanvar 2016 16:35 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Vitaliy Konstantindən 37,23 qram marixuana götürülüb. Onun mənzilinə baxış zamanı isə əlavə olaraq 15 kiloqram 570 qram marixuana da aşkar edilərək götürülüb.