Məktəbdə konsert - Fotolar

26 Yanvar 2016 18:50 (UTC+04:00)

Yanvarın 23-da baş tutan konsertdə tələbələr arfa, skripka, zərb alətləri və fortepianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Məktəbdən verilən məlumatda deyilir ki, konserti keçirməkdə məqsəd şagirdlərdə bu sahədə maraq oyatmaq, uşaqlarda incəsənət dünyasına, eləcə də bu növ musiqi alətlərində ifa etməyə həvəs oyatmaqdır. Konsert iştirakçılar, valideynlər və məktəbin şagird kontingenti tərəfindən yüksək maraqla qarşılanıb.

Konsertdə Cavad və Gülnar Əliyevaların ifası xüsusi maraqla qarşılanıb.

Məktəb bu kimi konsert proqramlarının mütəmadi olaraq keçirildiyini bildirib.