Buzlu yol daha bir qəzaya səbəb oldu - Yaralı var

26 Yanvar 2016 22:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki,Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ans press-ə verilən məlumata görə, hadisə şəhərin "Dəyirman dairəsi" adlanan ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Könül Elxan qızı Rüstəmova sürücüsü hələlik müəyyən edilməyən "VAZ-2106" markalı avtomobillə vurulub.

Ağır bədən xəsarətləri alan 29 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan travmatologiya şöbəsinə yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirdilər. Hadisəyə ilkin ehtimal kimi yolun buzlu olması göstərilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.